Sosial şəbəkədə biz:

“Hamı deyirdi ki, kim Qarabağı azad etsə, o, əbədi prezidentimiz olacaq” – Tahir Budaqov

12 December 2023, 17:44
Gündəm

“Uzun illərdir hamı deyirdi ki, kim Qarabağı azad edəcək, o bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, bu titulu daşımağı qazanıb”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
“Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın fikri bu barədə qətidir”, - Tahir Budaqov bildirib.
Xatırladaq ki, o bu gün, həmçinin hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədinin İlham Əliyev olacağını bildirmişdi. APA