Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verdi
Müsavat başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.
Y.Sadıqlı bu barədə özü məlumat verib.
O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.