Sosial şəbəkədə biz:

Putin: “Rusiya Ukraynada məqsədlərinə çatanda sülh olacaq”

14 December 2023, 16:03
Gündəm

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülhün nə vaxt olacağı haqda danışıb.

Dekabrın 14-də ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Rusiya məqsədlərinə çatanda sülh olacaq.

O, Rusiyanın məqsədinin dəyişmədiyini əlavə edib:

Məqsədimiz isə dəyişməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır”.

Ancaq V.Putin ikinci səfərbərlik dalğasının olmayacağını da bildirib:

Niyə səfərbərlik? Elə bir ehtiyac yoxdur”.

Onun sözlərinə görə, hazırda Ukraynada müharibə şəraitində 244 min hərbçi var:

“Bundan əlavə, daha 486 min könüllü Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bizdə “qismən səfərbərlik” oldu, 300 min nəfəri çağırdıq. Bununla bağlı çox istehza var idi. Onlara “Mobik” adı verildi”.

Ukrayna ilə müharibədən sonra bu, V.Putinin ilk mətbuat konfransıdır.