Sosial şəbəkədə biz:

Hüseyn Bağırovun məqaləsi Kanadada kitabın ön sözü kimi dərc edildi - FOTO

15 December 2023, 16:02
Gündəm

Kanadada yerləşən, ətraf mühit problemlərinin tədqiqi və təlimləri üzrə ixtisaslaşmış “Grassroot İnstitutu”nun “Dağ, Ekosistemlər və Resursların idarə edilməsi” mövzusunda nəşr etdiyi kitabda ön söz məqaləsi kimi Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırovun məqaləsi dərc edilib.

Bakupost.az xəbər veriir ki, ön sözdə qeyd edilir ki, kitab nəzəri və praktik məlumatları özündə birləşdirir. “Fərqli perspektivləri, yanaşmaları və araşdırmaları ilə hər bir fəsil bütövlükdə dağ ekosistemləri haqqında anlayışımıza əhəmiyyətli töhfə verir.

İlk hissədə dağ ekosistemləri və insan fəaliyyəti ilə ətraf mühitin mühafizəsi arasında mürəkkəb qarşılıqlı əlaqədən bəhs edilir. Sonrakı hissədə gələcək müzakirələr üçün zəmin yaratmaq üçün ekosistem və landşaft xidmətləri arasında anlayışlar, təsnifatlar və əlaqələr araşdıralaraq dərin təhlillər təqdim olunur.

Bu kitabın məqsədi eyni zamanda dağ biomüxtəlifliyinin üzləşdiyi çətinlikləri işıqlandırmaqdır” – deyə ön sözdə vurğulanır.

Hüseyn Bağırovun məqaləsi Kanadada kitabın ön sözü kimi dərc edildi -  FOTO