Sosial şəbəkədə biz:

Lerikdə evdə qaz balonu partlayıb, ər və arvad xəsarət alıb

18 December 2023, 08:53
Gündəm

Lerikdə evdə maye qaz balonu partlayıb.

Hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)