Sosial şəbəkədə biz:

Parlamentdə daha bir qalmaqal - Bu dəfə vitse-spikerlə...

14 June 2016, 16:10
Gündəm
Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.Qafqazinfo” xəbər verir ki, buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub: “Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”. Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub . Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib. F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib. Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib: “Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.