Dünyada Azərbaycan içkilərinə maraq 2 dəfədən çox artıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 56,7 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 34 milyon dollar və ya 2,5 dəfə artıb.
Bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 86,9 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 10,1 milyon dollar çoxdur./ İqtisadiyyat.az