Sosial şəbəkədə biz:

Akif İslamzadə: Prezidenti birdəfəlik seçməliyik 

23 December 2023, 11:55
Gündəm

Tanınmış müğənni Akif İslamzadə növbədənkənar prezident seçkilərində İlham Əliyevin alternativinin olmadığını bildirib.

Bu barədə o, Pravda.az saytına açıqlamasında deyib. 

Onun sözlərinə görə, 20 illik fəaliyyəti dövründə, xüsusən son 10 ildə İlham Əliyev özünü tam təsdiq edib.

“Mənim başım çıxmır, növbədənkənar prezident seçkilərinə kimlərsə namizədlik irəli sürüblər... Boş şeylərdir. Bütövlüklə İlham Əliyevin tərəfindəyik, onu dəstəkləyirik”, - Akif İslamzadə deyib. 

O həmçinin qeyd edib ki, prezident ömürlük seçilməlidir: 

“Tarix də, zaman da bunu göstərib ki, ən düzgün, özünü doğruldan bir idarəçilik sistemi var, o da monarxiyadır. Mən bunu istəyirəm. Hesab edirəm, monarxiya ən düzgün idarəçilik sistemidir. 4-5 ildən bir bu nə oyundur? Nəyə lazımdır? Prezidenti birdəfəlik seçməliyik. Gərək, bu dəfə də belə edərdilər. Qanun qəbul edərdilər ki, Prezident birdəfəlik seçilsin”.