Sosial şəbəkədə biz:

Məktəblərdə ciddi problem: Kişi müəllimlər niyə azdır?

24 December 2023, 01:10
Gündəm

Son illər təhsil sahəsində kişi müəllimlərin sayı xeyli azalıb.

Ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimlədir.

Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir. 

Gender fərqinə baxanda görürük ki, arada say fərqi çox yüksəkdir. Gələcəkdə kişi müəllimlərin sayının azlığı artmağa davam edir. Hazırda kişi müəllimlərin sayının artırması üçün hər hansısa bir mexanizm üsüluda tətbiq olunmur.

Maraqlıdır, bunun əsas səbəbi nədir? Problemi necə həll etmək olar?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ölkədə işləyən hər 7 müəllimdən 1-i kişidir, qalanları isə qadınlardır:

“Kişi müəllimlərin sayının azlığı, ilk növbədə əməkhaqqının az olmasından götürmək olar. Çünki məktəblərdə fizika, kimya, biologiya, coğrafiya və bu kimi fənlərdə dərs saatlarının az olması, əməkhaqqına birbaşa öz təsirini göstərir. Eyni zamanda məktəb direktorlarının qadın olması kişi müəllimlərin uzaqlaşmasınada öz təsirini göstərir. Çünki məktəblərdə çox vaxt pulun yığılmasına kişi müəllimlər qarşı olur. Nəticə etibarı ilə kişi müəllimlərə təzyiqlər olur. Ona görə də kişi müəllimlər başqa iş axtarmalı olurlar”.

O qeyd edib ki, artıq kişi müəllimlər adını eşidəndə insanlara qəribə gəlir:

“İbtidai siniflərdə dərslər əsasən qadın müəllimlər tərəfindən keçirilir. Bu kimi hallara görə müəllimlik bir qadın peşəsinə çevrilib. Bu isə öz növbəsində təlim-tərbiyə məsələsinə ciddi şəkildə təsir göstərir. Məsələnin bir başqa tərəfidə odur ki, ailələrdə tərbiyə işinə qadınlar baxır. Kişilərimizdə bu işə məcburən biganəlik yaranır. Nəticə etibarı ilə fəsadlar genişlənir və qarşısını almaq üçün hər hansısa bir addım atılmır”.

Ekseprt məsələnin həl yolu üçün xarici praktikaların icra olunmasını təklif edir:

“Bir çox xarici ölkələrin praktikasından istifadə etmək olar. Məsələn, Yaponiyada ibtidai sinif şagirdlərinə qadın müəllimlərin dərs keçməsi qadağandır. 5 və 9-cu siniflərdə isə yalnız bədii-estetik və tərbiyə, yəni rəsm, musiqi, texnologiya və.s bu kimi xüsusi qabiliyyət tələb edən fənlərin bir hissəsinə qadın müəllimlərin dərs keçməsinə icazə verilir”.