Sosial şəbəkədə biz:

Fatih Terim Yunanıstan klubu ilə anlaşdı

26 December 2023, 16:12
Gündəm

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” komandası ilə anlaşıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

70 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə imzalamaq üçün dekabrın 27-də Afinaya yollanacaq.

Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"a başçılıq edib.