Sosial şəbəkədə biz:

Səfirimiz Hindistan Prezidentinə etimadnaməsini təqdim edib

06 January 2024, 01:14
Gündəm

Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib.

Səfir bu barədə öz “X” hesabında paylaşım edib.

“Bu gün Hindistanın möhtərəm prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, - deyə Elçin Hüseynli paylaşımda qeyd edib.