Sosial şəbəkədə biz:

Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alındı

07 January 2024, 00:15
Gündəm

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.
Xatırladaq ki, MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.