Sosial şəbəkədə biz:

“Mediacare” klinikasında ölüm - Araşdırma aparılır

09 January 2024, 23:05
Gündəm

Ötən il dekabrın 21-də 53 yaşlı Lətafət Məmmədova “Mediacare” klinikasında vəfat edib.

Azinforum.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, L.Məmmədovanın ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.