Sosial şəbəkədə biz:

Vahid Mustafayev Ağdamda saatqayırma zavodu tikdirir 

13 January 2024, 14:05
Gündəm

İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq. 

Bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib. 

“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, - V.Mustafayev deyib. 

Qeyd edək ki, V.Mustafayev fəaliyyəti dayandırılmış ANS teleşirkətinin rəhbəridir. 

V.Mustafayevin sahibi olduğu ANS telekanalının yayımı 18 iyul 2016-cı il tarixindən dayandırılıb, ANS ÇM radiosunun lisenziyası isə ləğv edilib.