Sosial şəbəkədə biz:

Daha bir qanunsuz tikili SÖKÜLDÜ – VİDEO 

14 January 2024, 00:59
Gündəm

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən məlumata görə, bu çərçivədə Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
 

https://www.youtube.com/embed/-Q-iTpZSY4g