Sosial şəbəkədə biz:

Mətanətdən müğənniyə sərt sözlər: "Canlı oxuya bilmirsə..."

14 January 2024, 01:27
Gündəm

Aparıcı Mətanət Əliverdiyeva müğənni Mənzurə Musayevanın "Xəzər axşamı" verilişində efiri tərk etməsinə sərt reaksiya göstərib.

Aparıcı müğənninin ünvanına bu sözləri deyib:

"Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə salırlar. Yeganə olaraq bütün qonaqlar "Xəzər axşamı" verilişinə rahat gəlirlər. Heç kim komandanı günahlandırmasın. Bu komandanın tərkib hissəsindən biri də mənəm. Mənzurə Musayeva efiri tərk etdi. Biz hamını gözümüz, qaşımız üzərində gəzdiririk. Mənzurə xanım niyə incidi? Sizi inandırım ki, bizim çox peşəkar səs rejissorumuz var. Verilişimə gələn insanların xətrini çox istəyirəm. Mikrofonda isə heç bir texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə, nə mənim, nə də texniki redaktorun günahı deyil. Mənzurə Musayeva deyir ki, mikrofonu bəyənməyib, verilişi tərk etmək...Bəlkə də "Xəzər axşamı" yeganə verilişdir ki, aparıcı heç vaxt heç kimin xətrinə dəymir. Yaxud da texniki heyətimiz və musiqiçilərimiz...".

Qeyd edək ki, Mənzurə Musayeva canlı efirdə ifa etdiyi mahnını bəyənməyərək studiyanı tərk edib.