Sosial şəbəkədə biz:

MN-də general vəzifədən azad edildi, yerinə oğlu təyin olundu – KİV

15 January 2024, 17:03
Gündəm

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadənin vəzifəsindən azad edildiyi bildirilir.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.
Qeyd edək ki, R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi vəzifəsini icra edib.