"Ukraynalı qaçqınların yarısı Avropada iş tapmayıb" - BMT
Ukraynalı qaçqınların yalnız yarısı Avropada iş tapıb, qalanlarının çox vaxt yaşayış üçün şəraitləri yoxdur
Bu barədə "ABC News" BMT-nin məlumatlarına istinadən yazır.
“Məktəb yaşındakı qaçqınların yalnız yarısı yerləşdikləri məktəbə gedir, böyüklərin yalnız 40-60%-i işləyir və bir çoxu heç bir dəstək olmadan həssas vəziyyətdədirlər”, - jurnalistlər bildiriblər.
Onların sözlərinə görə, BMT bu məlumatlardan Ukraynaya 1,1 milyard dollar yardım tələbini əsaslandırmaq üçün istifadə edib. Pul 2,3 milyon qaçqına və onları qəbul edən ölkələrə dəstək üçün göndəriləcək.