Sosial şəbəkədə biz:

Erməni kəşfiyyatçı: Azərbaycan istənilən vaxt əməliyyata başlaya bilər

16 January 2024, 17:27
Gündəm

Azərbaycan istənilən vaxt Ermənistana qarşı hərbi əməliyyatların aktiv fazasına keçə bilər.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu “VOMA” hərbi-siyasi cəmiyyətinin rəhbəri, kəşfiyyatçı Vova Vartanovbildirib.

Bu, onun qiymətləndirməsinə görə, həm də beynəlxalq arenada konyuktur dəyişikliklərdən asılıdır: “Azərbaycanda seçkilərdən əvvəl və sonra da olması mümkündür”.

Vartanov qeyd edib ki, Türkiyə-Azərbaycan təlimləri, o cümlədən üçüncü dövlətlərin iştirakı ilə keçirilən təlimlərin hamısının Ermənistana hücum edəcəyi demək deyil. 

“Ayrı-ayrı qoşunlar və eyni ordunun bölmələri və ya döyüş əməliyyatları zamanı bir-biri ilə qarşılıqlı əlaqədə olacaq bölmələr arasında təlimlər daha vacibdir. Azərbaycan 2023-cü ildə təxminən 40 belə təlim keçirib”.

Kəşfiyyatçı Ermənistanda heç bir təlim keçirilmədiyi barədə deyilənləri təkzib edib.

“2023-cü ilin oktyabrında "VOMA"-nın iştirakı ilə Ermənistanda hərbi təlimlər keçirilib. Ermənistan Müdafiə Nazirliyi təlimatçılarımızın iştirakı ilə bölmələr arasında təlimlər təşkil edib. Bu təlimlərson dərəcə müsbət qiymətləndirilib. Əminəm ki, bunun nəticəsində Müdafiə Nazirliyi bölmələrin hazırlığında dəyişikliklərə məruz qalacaq. orduda dəyişiklikləri sürətləndirmişik, indi beton günbəzlər daha sürətlə ucaldılır”.

Vartanov hesab edir ki, KTMT-nin təlimləri Ermənistanda keçirilməli idi.

O, izah edib ki, qarşıya müxtəlif ölkələrdən çoxlu sayda iştirakçı cəlb etmək vəzifəsini qoymaq, sonra isə bu ölkələrin özləri ilə gətirəcəkləri texnikanı Ermənistanda saxlamağa çalışmaq lazımdır.