Sosial şəbəkədə biz:

Ramil Usubovdan generala yeni vəzifə

16 June 2016, 13:52
Gündəm
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. “ Azinforum.az ” Report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.