Sosial şəbəkədə biz:

ABŞ Türkiyəyə 23 milyardlıq “F-16”lar satacaq

27 January 2024, 10:47
Gündəm

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin İsveçin NATO-ya qəbulunu təsdiqləmə qərarından sonra Türkiyəyə “F-16”ların satışını təsdiqləyib.

“Bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb və bundan sonra Türkiyəyə “F-16” qırıcılarının satışına icazə verəcəyini açıqlayıb”, - komitənin qərarında deyilir.

Bundan sonra Dövlət Departamenti də Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib. Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Sənədə əsasən, rəsmi Ankara əvvəllər ABŞ-dan 40 yeni “F-16” almaq, mövcud olanı 79 qırıcını modernləşdirmək, həmçinin naviqasiya, rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istəyib. ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.