Xankəndidə Aşot Qulyanın abidəsi söküldü
Xankəndi şəhərində Qarabağda soyqırım törədənlərdən birinin - Aşot Qulyanın abidəsi sökülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Aysor” portalı qapalı “Teleqram” kanallarına istinadla məlumat yayıb.
Bekor ləqəbi ilə tanınan Aşot Qulyanın abidəsi Xankəndidə Xankəndi Universitetinin qarşısında, ermənilərin “Bekor” adlandırdığı parkda yerləşib.