Şəkidə yaşayan erməni qadınlar - SİYAHI
1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəki rayonunda əhalinin sayı 183,5 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Şəki əhalisinin 91345 nəfərini kişilər, 92150 nəfərini qadınlar təşkil edib.
Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəki şəhəri, Turan qəsəbəsi, Çələbixan qəsəbəsi.
Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 75,4 yaş olduğu bildirilir.
Rəsmi məlumata görə, 2022-ci ildə Şəkidə 1130 nikah bağlanıb, 248 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.
Məlum olub ki, Şəkidə 3 nəfər erməni də yaşayır. Onların hər 3-ü qadındır.
Şəkidə say çoxluğuna görə azərbaycanlılardan sonra ləzgilər gəlir. Sonrakı yerdə ruslar və türklər qərarlaşıb.
Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:
