Sosial şəbəkədə biz:

Qazaxıstan Transxəzər dəhlizi ilə neft tranzitini artıracaq

06 February 2024, 08:55
Gündəm

Qazaxıstan Transxəzər dəhlizi ilə neft tranzitini artırmağı planlaşdırır.

Bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. 

"Ötən il Qazaxıstan Transxəzər marşrutu ilə 1 milyon ton neft nəql edib. 2024-cü ildə bu rəqəmin 1,5 milyona, növbəti iki ildə isə 3 milyon tona çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunur.