Sosial şəbəkədə biz:

Ağdaşda deputat seçkiləri keçirilir

18 June 2016, 10:07
Gündəm

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə start verilib.

Belə ki, 40 seçki məntəqəsi səhər saat 8.00-da öz qapılarını seçicilərin üzünə açıb. Seçki dairəsi üzrə qeydə alınan 7 namizəd Ağdaşın deputatı olmaq üçün mübarizə aparır. 90 saylı Ağdaş seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb. Son siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Ümumilikdə, 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyir. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparır. Səsvermə saat 19:00-da başa çatacaq. Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.