Sosial şəbəkədə biz:

Gömrük Komitəsindən büdcəyə daxil olan vəsait 16,5 milyon manat azalıb

14 March 2024, 16:39
Gündəm

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 485 milyon 613,7 min manat vəsait ödənilib.
Daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 3,3% və ya 16 milyon 495,9 min manat azalıb.
Belə ki, ötən ilin fevral ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 502 milyon 109,6 min manat vəsait daxil edilib.