Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
Yayda içəriyə toz-duman dolur, qışda isə yağış damır.
Lənkəranın mərkəzi bazarından gün ərzində 45-dən çox avtobus rayonun kənd və qəsəbələrinə sərnişin daşıyır. Lakin marşrut avtobuslarının əksəriyyəti köhnə və sınıq-salxaq vəziyyətdədir.
Sakinlər bildiriblər ki, sərnişin avtobusları köhnə olduğundan yağış yağarkən avtobusun içərisinə su dolur.
Avtobusların yeniləri ilə nə zaman əvəzlənəcəyini öyrənmək məqsədi ilə “Lənkəran-Sərnişin” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib.
Ətraflı süjetdə: