Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb
Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 1 fevral 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 862 nəfər və ya 0,6 faiz artaraq 468 min 753 nəfər olub.