Keşlədə güclü yanğın başlayıb
Bakının Keşlə qəsəbəsində yanğın başlayıb. Azinforum.az APA-ya istinadən bildirir ki, Keşlə qəsəbəsi ərazisində təkər tullantıları yanır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.