Sosial şəbəkədə biz:

Könül Kərimova ilk sevgisindən danışdı

21 March 2024, 01:12
Gündəm

Əməkdar artist Könül Kərimova ilk sevgisindən danışıb. 

Sənətçi bu barədə "Rəngarəng səhər" verilişində qonaq olarkən söhbət açıb. O, ilk sevgisini məktəb illərində yaşadığını bildirib:

"Məktəb illərimdə sevdiyim bir oğlan olub, amma qovuşmamışıq. Sevdiyini deməmişdi, o vaxtlar belə şey yox idi, amma mən bilirdim. Biri-birimizi uzaqdan sevirdik. Mənim ailəm sevgi üzərində qurulmayıb". 

Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Onlar 30 illik evlilikdən sonra boşanıblar.