Sosial şəbəkədə biz:

Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 864 ədəd daxili yanma mühərrikiylə yanaşı elektriklə hərəkətə gətirilən (hibrid) avtomobil idxal edilib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin 6-sı dizel ilə hərəkətə gətirilir.
Yanvar ayında idxal olunan hibrid avtomobillərin ümumi dəyəri 25 milyon 26,54 min dollar olub. Bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 28 min 818 dollar (48 min 992 manat) olub.
İdxal olunan hybrid avtomobillər əsasən Yaponiyadan (338 ədəd), Çindən (209 ədəd) ABŞ-dən (130 ədəd), Koreyadan (88 ədəd) və Almaniyadan (34 ədəd) gətirilib.
Azərbaycan eyni zamanda yanvar ayında xarici ölklərə 14 ədəd hibrid avtomobil ixrac edib. İxrac olunan hibrid avtomobillərin 2-si Qazaxıstana (1 ədədi 28 min dollar), 1-i Qırğızıstana (109 min dollar), 7-si Birləşmiş Ərəb Əmirliklərinə (108 min dollar), 3-ü Gürcüstana (28 min dollar), 1-i isə Türkiyəyə (109 min dollar) satılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol