Sosial şəbəkədə biz:

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən “OMİD” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “OMİD” MMC barəsində tərtib olunan protokola Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə aprel ayının 2-i saat 10:00-da baxılacaq. Qeyd edək ki, ilk iclas 27 mart tarixində baş tutub.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək cərimə edilə bilər.
Onu da bildirək ki, nizamnamə kapitalı 300 manat olan “OMİD” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəhman Vaqif oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol