Sosial şəbəkədə biz:

"Qərarlarda gecikməməliyik" - Qurban Qurbanov

AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayıram. Hansısa qərarda gecikməməliyik.

Bunları AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis ona etimad göstərdikləri üçün milli assosiasiyanın rəsmilərinə təşəkkür edib: "Təkliflər müzakirə olunacaq. Bu gün üçün fikir bildirə bilmərəm. İcraiyyə Komitəsinin ilk görüşü formal xarakter daşıdı. Sonra ilk müzakirələr başlayacaq. Biz də toplantılarda öz fikirlərimizi bildirəcəyik. İmkan daxilində bunu edəcəyik. Sadəcə, hansısa qərarlarda gecikməməliyik. Millinin baş məşqçisi ilə bağlı isə müzakirə aparmamışam. Məncə, məsələ həll olunub. Bəzi detallar qalıb". Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol