"Lotu Quli"ni öldürən şəxsə ömürlük həbs cəzası verildi
Antalyada qətlə yetirilən kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəməsi başa çatıb.
Azinforum.az xəbər verir ki, “Lotu Quli”nun qətli ilə bağlı mühakimə olunanların iş üzrə təqsirləndirilənlər Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.