Sosial şəbəkədə biz:

Ramazan bayramının namaz vaxtı açıqlandı

06 April 2024, 16:30
Gündəm

Azərbaycanda Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bəzi məscidlərdə namaz saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq:
“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”.