Sosial şəbəkədə biz:

Yerli turistlər ən çox bu rayonlarda pul xərcləyiblər - SİYAHI

07 April 2024, 11:21
Gündəm

2023-cü ildə Azərbaycanda yerli turistlər 3 milyard 486.1 milyon manat vəsait xərcləyiblər.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edək ki, ötən il yerli turistlər ən çox vəsaiti Bakı, Quba-Xaçmaz ,Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonlarında xərcləyiblər. Belə ki, Bakıda 1 milyard 649.7 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonunda 517.1 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonunda 357.9 milyon manat, Naxçıvanda isə 251 milyon manat vəsait xərcləyiblər.

İqtisadi RayonlarXərclənən vəsait. min manat
Bakı1 649 703
Quba-Xaçmaz517 153
Şəki-Zaqatala357 940
Naxçıvan250 004
Abşeron-Xızı182 018
Lənkəran-Astara153 593
Gəncə-Daşkəsən130 300
Dağlıq-Şirvan106 821
Qazax-Tovuz62 235
Qarabağ40 415
Mərkəzi-Aran20 901
Mil-Muğan8 584
Şirvan-Salyan5 425