Sosial şəbəkədə biz:

Azərbaycan stolüstü tenisinin gənc əfsanəsi “İdman ustası” oldu-Video

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Mərziyyə Nurmətova “İdman ustası” adına layiq görülüb.
Azinforum.az-ın məlumatına görə, Gənclər və idman nazirliyinin təşkil etdiyi tədbirdə Mərziyyə Nurmətovaya bu dərəcə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən şəxsən təqdim olunub.
Xanım idmançı Azərbaycan çempionu, eyni zamanda dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısıdır . Mərziyyə Nurmətova müstəqil Azərbaycanın stolüstü tennis tarixində Avropa birinciliyinin şəxsi yarışında göstərdiyi yüksək nəticələrə görə “İdman ustası “ adına layiq görülən ilk idmançıdır. Mərziyyə 05 - 08 aprel 2024 - ci il tarixində keçirilən kişi və qadınlar arasında Azərbaycan çempionatında öz rekordunu yeniləyərək, həm komanda, həm də şəxsi yarışlarda Azərbaycan çempionu olub. Mərziyə xanımı bu yüksək naliyyət münasibətilə ürəkdən təbrik edirik, ona gələcək idman karyerasında bundan da böyük zirvələri fəth etməyi arzulayırıq.

https://youtu.be/kMtr29CY824?si=UnUGrSq8PmhzTLmB


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol