Sosial şəbəkədə biz:

İsrailin zərbəsi nəticəsində HƏMAS liderinin 3 oğlu ölüb

11 April 2024, 00:59
Gündəm

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimal-qərbindəki Əş-Şati qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Hazim, Əmir və Məhəmməd adlı 3 oğlu, habelə bir neçə nəvəsi həyatını itirib.

HƏMAS lideri faktı şəxsən təsdiqləyib.