Sosial şəbəkədə biz:

Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır 

13 April 2024, 00:20
Gündəm

Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır. 

Lent.az-ın xəbərinə görə, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib. 

Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Bu gün onun halı yenidən pisləşib.