Sosial şəbəkədə biz:

“Tiktoker” Adəmin atası Sadiq Mirzəyevə 30 sutka həbs verildi

15 April 2024, 13:05
Gündəm

“TikTok” sosial şəbəkəsində 10 yaşlı övladı Adəm Mirzəyevə görə fenomen olan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Sadiq Mirzəyevin sosial şəbəkələrdəki mənfi davranışlarına görə təqsirli bilinib və ona Ağcəbədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Azinforum.az