Sosial şəbəkədə biz:

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv olunmayıb. Sosial şəbəkə hesabımızda da bu barədə məlumat yaymışıq. Həkimlər də işlərini davam etdirirlər. Aprelin 9-da klinikanın fəaliyyətinin dayandırılması barədə əsassız məlumat yayan qurumlar barəsində isə rəhbərliyimiz tərəfindən tədbir görüləcək”.
Xatırladaq ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadankənar fəaliyyətin aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol