Sosial şəbəkədə biz:

Bu matçla bağlı araşdırma başlayıb - VİDEO

16 April 2024, 08:23
Gündəm

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən "İrəvan" - "Araz Saatlı"(1:4) matçı ilə bağlı araşdırma aparılır.

Bu barədə "CBC Sport"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

"Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra ətraflı məlumat verilə bilər”, - o bildirib.

Oyun alqı-satqısında şübhəli bilinən qarşılaşmanın videoicmalını təqdim edirik:

https://www.youtube.com/watch?v=0c3ak6FZowE