Sosial şəbəkədə biz:

Rusiyada qətlə yetirilən azərbaycanlı - Piter Elçinin qardaşı imiş

22 June 2016, 17:09
Gündəm
Rusiyanın Sankt-Peterburq şəhərindəki qətlə yetirilən azərbaycanlı iş adamı ilə bağlı yeni fakt ortaya çıxıb.Qafqazinfo”ya daxil olan məlumata görə, Sofiya bazarında qətlə yetirilən iş adamı Maarif İsmayılov kriminal aləmdə Piter Elçin kimi tanınan şəxsin qardaşıdır. Piter Elçinin adı bir neçə tanınmış avtoritetin qətlində hallanır. Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, qətli törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf edib. Bu gün məhkəmənin qərarı ilə haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.