Sosial şəbəkədə biz:

“Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir”

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsinin sakinləri bildirirlər ki, artıq 3 həftədir ərazidə sular kəsilib.
Yeniavaz.com-a məlumat verən sakinlər deyirlər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xətti ilə əlaqə saxlayıb problem barədə məlumat veriblər, lakin faydası olmayıb.
Sakinlərin iddiasına görə, su sözügedən ərazidəki istixanalara yönləndirilir, ona görə də təzyiqi aşağı düşür və onlara gəlib çatmır.
“Suyu məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, gəlib bizə çatmır”, - sakinlər bildirirlər.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə ünvanladığımız suallar cavabsız qalıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol