Sosial şəbəkədə biz:

Hacı Qalib Salahzadə: “Vallah, heç bilmirəm nə məsələdir”

“Yayılan xəbərlər ola bilsin mənə qarşı seçkiqabağı təxribatdır”. Azinforum.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında Milli Məclisin üzvü Qalib Salahzadə evindən silah-sursat aşkar edilməsi ilə bağlı bu gün mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib. Qalib Salahzadə Bilgəhdə bağ evinin olduğunu, ancaq evdən silah-sursat tapıldığı haqda yayılan xəbərlərin nə məqsəd güddüynü bilmədiyini dedi: “Vallah, söhbətin nədən getdiyini heç özüm də bilmirəm. Hansı bağ evindən söhbət gedir? Hamı bilir ki, mənim bağ evlərim var, ancaq gözətçim-filan yoxdur. Bakılı olduğuma görə yəqin fikirləşiblər ki, bakılının silahı olar, belə bir məlumat uyduraq, yayaq. Hüquq-mühafizə orqanlarından mənə heç kim zəng vurmayıb. Heç kim məni polisə çağırmayıb. Bayaqdan iclasda idim, xəbərləri parlamentdə eşitdim”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol