Sosial şəbəkədə biz:

"Əli İnsanovun partiyası siyasi zibilxana idi" - Zəlimxan Məmmədlidən ağır ittihamlar - VİDEO

Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədli Bakupost.az -a videomüsahibə verib.

O, müsahibədə "Borçalı" Cəmiyyətinin sədri kimi 10 il ərzində Gürcüstana səfər etməsinin qadağan olunması, bu yaxınlarda isə sözügedən qadağanın aradan götürülməsinin səbəbləri, Borçalıya son səfəri haqqında danışıb.

Z.Məmmədli ötən on il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların həyatının xeyli dəyişdiyi, onların gürcü cəmiyyətinə inteqrasiyası yönündə mühüm nəticələr əldə edildiyi, qonşu ölkənin dövlət və qeyri-dövlət sektorunda çalışan soydaşlarımızın sayının artdığını bildirib.

HƏP-dən ayrılmasının səbəblərinə aydınlıq gətirən Z.Məmmədli Əli İnsanovu avtoritar idarəetmədə günahlandırıb və onu sərt tənqid edib. HƏP-dəki mühiti "siyasi zibilxana" adlandıran siyasətçi partiyada yaltaqlıq, riyakarlıq və saxtakarlığın hökm sürdüyünü bildirib.

Ətraflı videoda...

https://www.youtube.com/embed/mD0PfwPot4s


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol