Sosial şəbəkədə biz:

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu

02 June 2024, 10:35
Gündəm

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Londonda “Uembli” stadionunda keçirilən matçda Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.

Final matçında qalib gələn tərəf "Real Madrid" olub. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda 2 cavabsız qolla 15-ci dəfə UEFA Çempionlar Liqasını qazanıb.

74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.