Sosial şəbəkədə biz:

"Qarabağ" Azərbaycan Kubokunun qalibidir

Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.

Həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşıb. Oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası "qızıl dubl" edib.

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 8 dəfə sahib çıxıb.

2 iyun

Azərbaycan kuboku, final

20:00. "Qarabağ" - "Zirə" - 2:1

Qol: Olavio Juninyo, 42 (1:0), İsmayıl İbrahimli, 57 (1:1), Abdullah Zubir, 62 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu

"Liv Bona Dea Arena"


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol