Sosial şəbəkədə biz:

ATV-dən ayrılan Fariz Əliyevə yeni vəzifə verildi

"Azad Azərbaycan" televiziyasının (ATV) sabiq əməkdaşı Fariz Əliyevə yeni vəzifə verilib.

"Olay" xəbər verir ki, F.Əliyev bir neçə gündür "MTV Azərbaycan" kanalında fəaliyyətə başlayıb. O, artıq kollektivə təqdim edilib.

Kanal və heyət üzrə, həmçinin, bütün proqramların nəzarəti F.Əliyeva həvalə olunub.

Qeyd edək ki, o, aprelin əvvəlindən "Azad Azərbaycan" televiziyasının icraçı direktor müavini vəzifəsindən ayrılıb.

Xatırladaq ki, F.Əliyev bundan öncə ARB TV-də baş prodüser, bir çox televiziyalarda müxtəlif layihələrin rəhbəri, redaktoru vəzifəsində çalışıb. Həmçinin, o, ssenarist və kinoprodüserdir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol