Əflatun Amaşov hacı oldu
“Xalq qəzeti”nin baş redaktoru, sabiq deputat Əflatun Amaşov Həcc ziyarətindən qayıdıb.
Bu barədə Yenisabah.az-a onun iş yoldaşları məlumat veriblər. Onlar tanınmış jurnalistin Məkkə şəhərində dini ehkamları yerinə yetirdiyini bildiriblər.
Əflatun Amaşov 10 gün davam edən Həcc ziyarətini başa vuraraq, dünən vətənə qayıdıb.